Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 16:20

«Turcas» şirkəti öz payını SOCAR-a verib


Türkiyənin «Turcas» şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ortaqlığında dəyişiklik edilib.

«Turcas»ın məlumatında bildirilir ki, dəyişikliyə əsasən, «SOCAR&Turcas Enerji A.Ş.» malik olduğu 25 faizlik səhmini SOCAR-a verib. Həmçinin, İzmirdə inşa olunacaq neft emalı zavodunun 18.5 faizlik hissəsinin satılmasına dair danışıqlara başlanıb. (AzərTAc)

«Turcas»la ARDNŞ arasında 2006-cı ilin sonlarında əməkdaşlıq haqda sənəd imzalanıb. Bundan sonra «SOCAR&Turcas Enerji A.Ş.» adlı müştərək şirkət yaradılıb.
XS
SM
MD
LG