Keçid linkləri

2025, 12 May, Bazar ertəsi, Bakı vaxtı 11:02

Prezident İlham Əliyev Zeynəb Xanlarova haqda sərəncam verdi


Prezident İlham Əliyev millət vəkili Zeynəb Xanlarovanın "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin təbliğində böyük xidmətlərinə görə Zeynəb Yəhya qızı Xanlarova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.

Xatırladaq ki, dekabrın 28-də SSRİ və Azərbaycanın Xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür, onun 75 yaşı tamam olub.

Modern.az
XS
SM
MD
LG