Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Qazaxıstanda komendant saatı uzadılıb


Qazaxıstanda Janaozen şəhərindəki toqquşmalardan sonra élan edilən komendat saatı rejimi uzadılıb. Ancaq dekabrın 17-də 20 günlük élan edilən komendat saatının nə vaxta qdər uzadıldığı bildirilmir.

Dekabrın 16-da baş verən olaylar zamanı rəsmi rəqəmlərə görə, 16 nəfər öldürülüb, onlarla adam yaralanıb. Hüquq müdafiəçiləri isə ölü və yaralıların sayının dəfələrlə artıq olduğunu deyir.

Qazaxıstanın Qərb sahillərindəki neftçilər və fəhlələr may ayında bəri maaşlarının artırılması tələbi ilə tətillər və nümayişlər keçirirdilər. Şahidlərin sözlərinə görə, polisin təxribatından sonra təhlükəsizlik qüvvələri dinc etirazçılara atəş açıb.
XS
SM
MD
LG