Keçid linkləri

2017, 19 Fevral, bazar, Bakı vaxtı 16:03
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun üç xalq artisti və bir aktyora xəbərdarlıq etməsi məsələsinə münasibət bildirib.

Nazir jurnalistlərə açıqlamasında aktyorlara xəbərdarlıq yazılmasının qeyri-adi bir hal olmadığını deyib:

«İstər xalq artisti, istər hər hansısa bir teatr işçisi iş rejiminə riayət etməlidir. Bu, teatr daxili məsələdir və fikrimcə, burada qəribə bir şey yoxdur. Bu, nizam-intizam məsələsidir. Xalq artisti, əməkdar incəsənət xadimi, adi aktyor - onların hər biri kollektivin üzvləridir. Hər biri üzv nizam-intizama riayət etməlidir».

Əbülfəs Qarayev Azərbaycan teatrlarında keçirilən islahatlardan danışarkən onların nəticələrini yüksək qiymətləndirib:

«Biz teatrlarda yeni layihələr həyata keçiririk. Yüzlərlə yeni tamaşaların qoyulmasına şərait yaradırıq, yeni rejissorları cəlb edirik. Bu da istər-istəməz ciddi nizam-intizam tələb edir. Ümidvaram ki, kollektivlə müdiriyyət arasında bu xırda məsələ tezliklə həllini tapacaq».

Dekabrın 27-də Azərbaycanın xalq artistləri Rafael Dadaşov, Ramiz NovruzovMəleykə Əsədova, eləcə də aktyor Tofiq Hüseynova xəbərdarlıq olunub. /Lent.az/

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG