Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Ukrayna ilə Azərbaycan arasında pul köçürmələri asanlaşır


Ukrayna Milli Bankı ölkədə «Xəzri» sistemi üzrə pul köçürmələrinin həyata keçirilməsinə rəsmən razılıq verib.
Sistemi yaradan Azərbaycanın «Kapital Bank»ın baş ofisindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu barədə Ukrayna Milli Bankının rəsmi məlumatında bildirilir.

Məlumata əsasən, «Xəzri»nin üstünlüyü aşağı tariflər və köçürmələrin sadəliyidir.
Bu pulköçürmə sistemini digər sistemlərdən müsbət mənada fərqləndirən amillər tapşırığın qısa zamanda icrası (10 dəqiqə ərzində), komisyon haqqın minimal səviyyədə - köçürülən məbləğin cəmi 1,5% həcmində olması, bütün regionların əhatəsi və köçürmənin sadə qaydada rəsmiləşdirilməsidir.

Xatırladaq ki, 2010-cu ildən «Xəzri» sistemi Rusiyanın bəzi bölgələrində də tətbiq edilir.
XS
SM
MD
LG