Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Gədəbəydə 21 kənddə elektron ATS quraşdırılıb


Bu barədə rayon Telekommunikasiya Qovşağının rəisi Ramin Məmmədov məlumat verib.

Rayonda rabitə üzrə abonentlərin sayı artıq 5700-ə çatıb. İnternet istifadəçilərin sayında da artım müşahidə edilib. Yeni fiber-optik kabelin çəkilişindən sonra artıq kəndlərə də yüksəksürətli internet olacaq.

R.Məmmədov qeyd etdi ki, ilin əvvəli ilə müqayisədə rayonda yüksəksürətli internet istifadəçilərin sayı iki dəfə artaraq 150-yə çatıb.

Rayonda hazırda «Aztelekom» və «Data+» olmaqla iki provayder fəaliyyət göstərir.
XS
SM
MD
LG