Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 12:47

Misir Mərdanovun uşaq bağçaları, Rəsul Quliyevin 100 minlik mitinqi...


Foto: Arxiv
Foto: Arxiv
UŞAQ BAĞÇALARI MİSİR MƏRDANOVDAN ALINDI

«Bizim yol» qəzeti yazır ki, prezident İlham Əliyev körpələr evlərinin, uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə sərəncam imzalayıb. Sərəncama görə, Bakıdakı bu qurumlar Bakı şəhər İcra Hakimiyyətinin, Gəncədəki isə Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.

İLHAM ƏLİYEV XƏSTƏXANADA

«Azərbaycan» qəzeti bildirir ki, prezident İlham Əliyev Bakıdakı Uşaq Nevroloji Xəstəxanasının əsaslı təmirindən sonra buradakı vəziyyətlə tanış olub. Prezidentə bildirilib ki, SSRİ məkanında ilk dəfə olaraq Azərbaycanda istifadəyə verilən Uşaq Nevroloji Xəstəxanasında ötən müddətdə bir neçə dəfə təmir işləri aparılsa da, son dövrlərdə bina yararsız vəziyyətə düşmüşdü: «Dövlət başçısı və xanımı xəstəxananın birinci mərtəbəsindəki kompyuter tomoqrafiyası kabineti ilə tanış oldular. Bildirildi ki, burada quraşdırılan müasir avadanlıq tez və dəqiq diaqnoz qoymağa imkan verəcəkdir. Birinci mərtəbədə həmçinin intensiv terapiya palatası, ultrasəs müayinəsi, exokardioqramma, qanalma otaqları, oftalmologiya, elektroensefaloqrafiya - beyin rentgeni kabineti və laboratoriyalar fəaliyyət göstərir».

MÜXALİFƏT RƏSUL QULİYEVƏ 100 MİNLİK MİTİNQ ÜÇÜN UĞUR ARZULADI

«Yeni Müsavat» qəzeti yazır ki, Amerikada mühacir həyatı yaşayan, eks-spiker Rəsul Quliyev mart ayına qədər Bakıda aksiyalar keçirəcəklərini bəyan edib. O bildirib ki, Bakıda təşkil ediləcək aksiyalar eyni zamanda bütün regionlarda davam edəcək: «Ola bilsin ki, ilk günlərdə aksiyalarda 30 min insan iştirak eləsin. İkinci gün isə onların sayı 100 minə çatacaq».

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, cəmiyyətdə narazılıq elə bir həddədir ki, razılıq verilmiş və normal meydanlar ayrılmış aksiyalarda 100 mindən yuxarı adamın iştirakı realdır. «İctimai Palata daxilində belə bir ab-hava var ki, 2012-ci ildə aksiyalara başlamaq zəruridir. İlin əvvəllərində bu barədə hansısa qərar veriləcək» .

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG