Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Putin vətəndaşları prezident seçkisində fəallığa çağırıb


“İndi bütün diqqətimiz qarşıdan gələn prezident seçkisinə yönəlməlidir”.

Bunu Rusiyanın baş naziri Vladimir Putin deyib .

O vətəndaşları prezident seçkisində fəallıq göstərməyə çağırıb.

Valdimir Putin həmçinin müxalifətin Duma seçkisinin nəticələrini ləğv etməyə cəhd göstərməsini tənqid edib və nəticələrə yenidən baxılmasının mümkünlüyünü istisna edib.

Valdimir Putin müxalifətin bitkin planı, konkret nəsə edə biləcək adamı olmadığını deyib.

Duma seçkisinin saxtalaşdırıldığını deyən müxalifət yeni seçki keçirilməsini tələb edir.
XS
SM
MD
LG