Keçid linkləri

2024, 13 Sentyabr, Cümə, Bakı vaxtı 15:20

Amerikalı general deyir ki, NATO əməliyyatları Pakistan tərəfi ilə koordinasiya etməlidir


ABŞ mərkəzi komandanlığının rəhbəri general Ceyms Metis (James Mattis) bildirib ki,
NATO Əfqanıstanla Pakistan sərhəddində aparılan əməliyyatları Pakistan tərəfi ilə koordinasiya etməlidir.

General Pakistan tərəfdən atəşə düşməmək üçün Əfqanıstandakı NATO qüvvələrinin baş komandanı Con Allenə (John Allen) lazımi tədbirlər görülməsini göstəriş verib.

O həmçinin Pakistan tərəfini NATO komandanlığına sərhəd bölgəsindəki hərbi obyektlərin xəritəsini verməyə çağırıb.

Noyabrın 26-də NATO qüvvələrinin Pakistanın sərhəd bölgəsindəki hərbi bazasını vurması nəticəsində 24 Pakistan əsgəri ölüb.

Pakistan bu insidentdən sonra Əfqanıstandakı NATO qüvvələrinin öz ərazisindən təhcizatını dayandırıb.
XS
SM
MD
LG