Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 11:37

İsraildə "erməni soyqırımı" məsələsi müzakirə olunub

Bazar ertəsi İsrail parlamentinin təhsil və mədəniyyət komitəsində Osmanlı imperiyası dövründə ermənilərin soyqırımına məruz qalmasıyla bağlı ilk dinləmə keçirilib.

Konkret qərar qəbul edilməsə də komitə üzvləri müzakirələri davam etdirmək fikrindədirlər.

Müdafiə nazirliyinin nümayəndəsi İrit Lillian deyib ki, bu məsələ onsuz daTürkiyə ilə gərgin olan münasibətləri daha da kəskinləşdirə bilər.

İsrail hərbçiləri 2010-cu ildə Qəzzəyə hümanitar yük aparan gəmini saxlayarkən 9 fələstinpərəst türkün ölümündən sonra iki ölkə arasındakı münasibətlər gərginləşib.
This item is part of
XS
SM
MD
LG