Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:54

Suriyanın Homs şəhərində 20 minlik nümayiş keçirilir


Çərşənbə axşamı Suriyanın Homs şəhərində prezident Bashar Assad rejiminə qarşı kütləvi nümayiş keçirilir.

Böyük Britaniyada fəaliyyət göstərən Suriya insan haqları mərkəzinin məlumatına görə, nümayişdə 20 mindən çox adam iştirak edir.

Ərəb Dövlətləri Liqası şəhərə müşahidəçilər qrupu göndərib.

Məlumatlara görə Suriya ordusu səfərdən əvvəl şəhərdən tankları çıxarıb.

Son gün ərzində şəhərdə azı 34 adamın öldürüldüyü xəbər verilir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG