Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Misirin Ali Hərbi Şurasının rəhbəri 90 nəfəri azadlığa buraxdı


Misirin Ali Hərbi Şurasının rəhbəri Hüseyn Tantavi dekabrın 26-da hərbi məhkəmələrdə məhkum edilmiş 90 nəfərin azadlığa buraxılması haqda fərman verib.

Onlar mülki şəxslərdir və 68 müxtəlif cinayətdə təqsirli biliniblər.

Kütləvi etirazlar zamanı tələblərdən biri də hərbi məhkəmələrdə məhkum olunanların azadlığa buraxılması idi. Çünki mülki məhkəmələrdən fərqli olaraq hərbi məhkəmələrdə məhkum olunanların hökmdən şikayət vermək hüququ yoxdur.

Hüquq müdafiəçilərinə əsasən, inqilabın baş verdiyi fevral ayından bəri Misirin hərbi məhkəmələrində 12 min mülki şəxs məhkum edilib.
XS
SM
MD
LG