Keçid linkləri

2026, 19 İyul, bazar, Bakı vaxtı 11:10

Nazarbayev işdən çıxardığı kürəkəninin yerinə Şuxeyevi təyin etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş nazirin müavini Umirzak Şuxeyevi ölkənin ən böyük biznes holdinqinin - Samruk-Kazyna holdinqinin rəhbəri təyin edib.

O bu vəzifədə Timur Kulibayevi əvəzləyib.

Kulibayevin istefaya göndərilməsi Qazaxıstanda qeyri-adi hadisə kimi qarşılanmışdı.

Çünki Kulibayev prezidentin ortancıl qızının əridir və onun adı Nazarbayevin varisi kimi çəkilirdi. Bunu hətta dövlət rəsmiləri də dilə gətirirdi.

Kulibayev Janaözen şəhərində KazMunaiGaz neftçilərin polis tərəfindən güllələnməsindən sonra işdən çıxarılmışdı - mübahisəni dinc yolla həll edə bilmədiyi üçün.

Samruk-Kazyna həm də KazMunaiGaz-ın səhmlərinin sahibidir.
This item is part of
XS
SM
MD
LG