Bu gün Yasamal rayon Məhkəməsində ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin tanınmış reper Elşad Əliyev (Xose) ilə bağlı iddiasına baxılıb.
Məhkəmənin hökmü ilə Elşad Əliyev 6 ay müddətinə islah işlərinə cəlb edilib.
Bu barədə məhkəmənin hakimi Tahir İsmayılov Qafqazinfo saytına açıqlamasında bildirib.
Bu barədə məhkəmənin hakimi Tahir İsmayılov Qafqazinfo saytına açıqlamasında bildirib.
Mirşahin Ağayev Elşad Əliyev xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalandırılması tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Elşad Əliyevin onun şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsini əsas gətirərək məhkəmədən tədbir görməsini xahiş edib.
147-ci maddə tələbi ilə iki ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulub.