Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:46

Yəmən prezidenti Amerikada müalicə olunmaq istəyini bildirib


Yəmən prezidenti Abdulla Saleh ABŞ-da müalicə olunmaq üçün Amerikanın Sanaadakı səfirliyi ilə əlaqə saxlayıb.

O, tezliklə hakimiyyətdən gedəcəyini və iyunda aldığı ağır xəsarətlərdən Amerikada müalicə olunmaq istədiyini bildirib.

Obama administrasiyası hazırda Salehin xahişinin nəzərdən keçirildiyini və ona “yalnız qanunla icazə verilən tibbi yardımı almaq üçün ABŞ-a səfər etmək icazəsi verə biləcəyini” bildirib.

Aylardır davam edən kütləvi etirazlardan və yüzlərlə dinc nümayişçinin qətlindən sonra Saleh hakimiyyətdən getməyə razılıq verib.

Amma bəzi yəmənlilər bununla kifayətlənməyərək prezidentin tökülən qanlara görə məsuliyyətə cəlb edilməsini tələb edirlər.
XS
SM
MD
LG