Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Dekabr, şənbə, Bakı vaxtı 01:53

Tacikistanda 53 nəfərə uzunmüddətli cəza verilib


Tacikistanda məhkəmənin hökmü ilə 5 nəfər ömürlük azadlıqdan məhrum edilib, 48 nəfərə isə uzunmüddətli cəzalar verilib.

Onlar keçən ilin payızında terror aktlarının təşkilatçılığında ittiham olunublar. İttiham olunanların hamısı Tacikistan vətəndaşlarıdır. Onların çoxu qadağan olunmuş islamçı təşkilatın üzvlərdir.

Sözügedən terror aktı keçən il Hucand şəhərində baş vermişdi. İntiharçı cinayətkarlığa qarşı mübarizə idarəsinin yerli şöbəsinin qarşısında partlayış törətmişdi. Həmin vaxt 3 milis ölmüşdü. 30-dan artıq adam yaralanmışdı.
XS
SM
MD
LG