Keçid linkləri

2017, 21 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 16:19
Xalq artisti Faiq Ağayev AzadlıqRadiosuna müsahibəsində deyib ki, Azərbaycan «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyi etməyə tam hazırdır:

«İndiyə kimi həm şou, həm təmtəraqlılıq baxımından ən yadda qalan Rusiyada keçirilən «Eurovision» idi. Azərbaycan da ev sahibliyinə tam hazırdır. Azərbaycana gələnlər də görəcəklər ki, bizim xalqımız çox tolerant və qonaqpərvər xalqdır. Mən bu müsabiqəni siyasiləşdirmək istəməzdim. Çünki bu müsabiqənin əsas hədəfi istirahətdir, əyləncədir. Bakıya gələn turistlər də buradan çox razı qalacaqlar. Tamamilə dəyişən və gözəlləşən Bakını görəcəklər».

«Eurovision»un siyasiləşməsini istəmədiyini deyən F.Ağayev Azərbaycanı bu müsabiqədə təmsil etmiş Aysel TeymurzadəSəfurə Əlizadənin YAP-a üzv olmasını belə dəyərləndirdi:

«Hər bir insanın öz fikri var. Ya o, bitərəf olur, ya da özünü hansısa siyasi partiyanın sıralarında görür. Mən özüm bitərəfəm. Yaxşı olar ki, bunu niyə etmələrini həmin insanların özündən soruşun. Çünki onlar bu addımı atarkən mənimlə məsləhətləşməyiblər. Mənim özüm bitərəfəm, heç bir partiyanın üzvü deyiləm».

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG