Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:27

Ərəb Dövlətləri Liqasının müşahidəçiləri Suriyaya gəlir


Bu gün Ərəb Dövlətləri Liqasının 50 nəfərlik müşahidəçi qrupu Suriyaya gəlir.

Müxalifət qüvvələrinin təmsil olunduğu Suriya Milli Şurası müşahidəçiləri əməliyyatların davam etdiyi Homs şəhərinə baş çəkməyə çağırıb.

Suriya xarici işlər naziri Walid Muallem bildirib ki, müşahidəçilər ölkədə 9 aydır davam edən qanlı qarşıdurmaları “silahlı terrorçu qruplar”ın törətdiyinə əmin olacaqlar.

Suriyada prezident Bashar Assadin istefası tələbi ilə mart ayından etiraz aksiyaları keçirilir. BMT-nin məlumatına görə, bu müddətdə 5 000 - ə yaxın adam öldürülüb.
XS
SM
MD
LG