Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:43

Qəbələdə yol qəzasında 4 nəfər ölüb


Foto arxiv
Foto arxiv
Qəbələdə baş vermiş ağır yol qəzasında 4 nəfər ölüb, 2 nəfərsə ağır yaralanıb.

APA-nın məlumatına görə,10 FL 711 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil dekabrın 25-də saat 10.00 radələrində Qəbələ-Oğuz yolunun Nic kəndi ərazisində qarşıdan gələn “Mercedes” markalı mikroavtobusla toqquşub.

Nəticədə “VAZ 2106” markalı maşında olan 6 nəfərdən 4-ü hadisə yerində ölüb, 2-si isə ağır vəziyyətdə xəstəxanaya götürülüblər.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi açılıb.
XS
SM
MD
LG