Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 19:12

İlham ƏIiyev Ağcabədidə olub


Dekabrın 24-də prezident İlham Əliyev Ağcabədi rayonunda olub. O Taxtakörpü adlanan ərazidə məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışında iştirak edib.

111 hektarlıq qəsəbədə Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün evlər tikilib. AzərTAc-ın məlumatına görə, evlərin ümumi sahəsi 31 min 179 kvadratmetrdən çoxdur. Hər bir evin 12 sot torpaq sahəsi var. Evlərin 49-u birotaqlı, 94-ü ikiotaqlı, 237-si üçotaqlı, 72-si isə dördotaqlıdır.

Qəsəbədə uşaq bağçası və məktəb də tikilib.

Prezident həmin Laçından olan məcburi köçkünlər üçün salınmış yeni məhəlləyə də baş çəkib. Həmin ərazidə 560 məcburi köçkün ailəsi üçün 10 beşmərtəbəli bina tikilib. Məhəllə gələn il təhvil veriləcək.

Ağcabədidə 13 min laçınlı yaşayır.

İndiyədək Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün 70 qəsəbə salınıb. Bu qəsəbələrdə 20 min mənzil tikilib, 100 min nəfərdən çox məcburi köçkün yeni evlərə köçürülüb.
XS
SM
MD
LG