Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Bakıda Rusiya müxalifətinə dəstək aksiyası


-

Dekabrın 24-də “Nida” vətəndaş Hərəkatının bir neçə üzvü Rusiya səfirliyinin qarşısına "Biz ad günü qeyd etmirik, sizin yanınızdayıq" sözləri yazılmış plakat qoyaraq Rusiyada keçirilən etiraz aksiyasını dəstəklədiklərini bildiriblər. (Dekabrın 24-ü prezident İlham Əliyevin ad günüdür.)

Hərəkat üzvlərindən Azadlıqradiosuna verilən məlumata görə, plakatı səfirliyin qarşısına qoyan zaman Hərəkat üzvlərindən Orxan Rasimoğlunu polis saxlayıb. Amma bir neçə saatdan sonra o, azad edilib.

Dekabrın 24-də Moskvada yeni parlament seçkisi tələb edən Rusiya müxalifətinin çoxminlik etiraz aksiyası keçirilib.
XS
SM
MD
LG