Keçid linkləri

Təcili xəbərlər
2023, 22 Mart, çərşənbə, Bakı vaxtı 11:27

Praqa Vaslav Havellə vidalaşdı


Bu gün Çexiya paytaxtı Praqada keçmiş prezident Vaslav Havellə vida mərasimi keçirilib.
Mərasim Müqəddəs Vit kilsəsində olub.

Mərasimdə Fransa prezidenti Nicolas Sarkozy, Britaniyanın baş naziri David Cameron, Polşa və ABŞ-ın keçmiş prezidentləri Lech Walesa və Bill Clinton, ABŞ dövlət katibi Hillary Clinton, ABŞ-ın keçmiş dövlət katibi Madeleine Albright, ümumilikdə 40-dan çox indiki və keçmiş dövlət xadimi iştirak edib.

Mərasimin sonunda himn səslənib və yaxınlıqdakı Petrin təpəsindən toplardan 21 dəfə yaylım atəşi açılıb.

Vaslav Havel dekabrın 18-də 75 yaşında vəfat edib. O, 1993-2003-cü illərdə Çexiyanın prezidenti olub. Vaslav Havel kommunist dövrünün tanınmış dissidenti, sosialist Çexoslavakiyasında sovet işğalına qarşı mübarizənin liderlərindən olub.
XS
SM
MD
LG