Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

AzadlıqRadiosu Havelin xatirəsini anır


AzadlıqRadiosunun Praqadakı ofisi, 21 dekabr 2011
AzadlıqRadiosunun Praqadakı ofisi, 21 dekabr 2011

Dekabrın 18-də vəfat etmiş Çex Respublikasının keçmiş prezidenti, məşhur dissident, yazıçı Vaclav Havelin xatirəsini əziz tutan Azadlıq və Azad Azad Avropa Radioları Korporasiyası onu xüsusi tədbirləri ilə anır.

Radionun Praqadakı baş ofisinin yerləşdiyi binanın çöl divarında gecələr səhərə qədər Havelin portreti nümayiş olunur. Bu portret Çex Respublikasında rəsmi matəm günləri davam edən üç gün ərzində binada nümayiş edilir.

Bundan başqa, binanın foyesində xatirə kitabı açılıb.

Özü də vaxtilə AzadlıqRadiosunun çexoslovak redaksiyasının hazırladığı verilişlərin daimi dinləyicisi olmuş Vaclav Havel 1995-ci ildə radionun baş qərargahının Münhendən Praqaya köçürülməsinin təşəbbüskarı olub. Radionun prezidenti Steve Korn bildirib ki, Havel azadlıq istəyən hər kəsin mayak işığı, AzadlıqRadiosunun böyük dostu idi.

Korn Havelin vəfatı ilə bağlı onun ailəsinə, Çex Respublikasının və Slovakiyanın xaqlına başsağlığı verib.
XS
SM
MD
LG