Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:13

Ekspert: ««Xruşşov»kaların sökülməsi yaxın 10 ildə real deyil»


Bakıda «Xruşşov» layihəli yaşayış binalarının hazırkı vəziyyəti yaxşıdır və onların sökülməsi konkret məsələ deyil.

Bunu daşınmaz əmlak bazarında araşdırmalar aparan «MBA Ltd.» konsaltinq şirkətinin prezidenti Nüsrət İbrahimov bildirib.

N.İbrahimovun fikrincə, bu evlərin sökülməsi məsələsi yaxın 5-10 ildə, bəlkə də daha çox uzun müddət ərzində real görünmür: «Bu evlərin vəziyyəti, texniki və digər şəraiti yaxşıdır və onlar hələ daha 25 il istismar oluna bilər».

«MBA Ltd.» şirkətinin hazırladığı icmala əsasən, «Xruşşov» binalarında 1 kv. metrin orta qiyməti 1 323 ABŞ dollarına bərabərdir ki, bu da «Alman», «Fransa», «İtaliya», «Kiyev», «Leninqrad» və «Minsk» kimi layihəli evlərin qiymətindən daha yüksəkdir. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG