Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:23

Praqada Vaslav Havelin dəfni keçirilir


Çexiyanın paytaxtı Praqada keçmiş prezident Vaslav Havelin dəfni keçirilir. Günün birinci yarısında bir dəqiqəlik sükut elan olunub, kilsələrdə zənglər çalınıb.

Dəfndə Fransa prezidenti Nicolas Sarkozy, Britaniyanın baş naziri David Cameron, Polşa və ABŞ-ın keçmiş prezidentləri Lech Walesa və Bill Clinton, ABŞ dövlət katibi Hillary Clinton, ABŞ-ın keçmiş dövlət katibi Madeleine Albright iştirak edir.

Vaslav Havel dekabrın 18-də 75 yaşında vəfat edib. O, 1993-2003-cü illərdə Çexiyanın prezidenti olub. Vaslav Havel kommunist erasının tanınmış dissidenti, sosialist Çexoslavakiyasında sovet işğalına qarşı mübarizənin lideri olub.
XS
SM
MD
LG