Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Yol layihələri üçün daha 200 milyon dollar ayrıldı


Asiya İnkişaf Bankının (AİB) menecmenti Azərbaycandakı yol layihələri üçün multitranş paketi çərçivəsində üçüncü kreditin verilməsini təsdiqləyib.

Üçüncü tranş 200 milyon dollar təsdiqlənib. Bu vəsait Masallı-Astara dördzolaqlı sürət magistralının tikintisinin davam etdirilməsinə yönəldiləcək.

44 milyon dollar həcmində dördüncü tranşın təsdiqlənməsi məsələsinə 2012-ci ildə baxılacaq. Yolun maliyyələşdirilməsi üçün bu kredit vəsaitlərinin yönəldiləcəyi hissəsi hələ müəyyən olunmayıb.

AİB 2007-ci ilin avqustunda imzalanmış 500 milyon dollar multitranş paketdən avtomobil yollarının tikintisinə artıq 255.4 milyon dollar ayrılıb. /Trend/
XS
SM
MD
LG