Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Havelin dəfnində dünya liderləri iştirak edir


Bu gün Çexiyanın paytaxtı Praqada keçmiş prezident Vaslav Havelin dəfni olacaq. Dəfn Müqəddəs Vitus kilsəsində olacaq. Bununla da Çexiyada elan olunmuş üç günlük matəm başa çatacaq.

Dəfndə Fransa prezidenti Nicolas Sarkozy, Britaniyanın baş naziri David Cameron, Polşa və ABŞ-ın keçmiş prezidentləri Lech Walesa və Bill Clinton, ABŞ dövlət katibi Hillary Clinton, ABŞ-ın keçmiş dövlət katibi Madeleine Albright iştirak edir.

Vaslav Havel dekabrın 18-də 75 yaşında vəfat edib. O, 1993-2003-cü illərdə Çexiyanın prezidenti olub. Vaslav Havel kommunist erasının tanınmış dissidenti, sosialist Çexoslavakiyasında sovet işğalına qarşı mübarizənin lideri olub.
XS
SM
MD
LG