Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 08:14

Əfv siyahısında 100 nəfərin adı var


Elmira Axundova
Elmira Axundova
Əfv Məsələləri Komissiyasının hazırladığı siyahıda 100 nəfərin adı var. Bunu “Media forum” saytına Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova deyib. Onun sözlərinə görə, ümumilikdə 300-dən çox müraciətə baxılıb:
“Siyahı hazırlamışıq və orada 100 məhbusun adı var. İndi yalnız sərəncamın imzalanmasını gözləyirik”.
İlin sonunda prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənir.
Sonuncu əfv fərmanı 2011-ci il mayın 26-da imzalanıb. Əfv ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında jurnalist Eynulla Fətullayev də olub.
XS
SM
MD
LG