Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 08:46

İran Hürmüz boğazında hərbi təlimlərə başlayır


İranın hərbi dəniz donanması Hürmüz boğazındakı beynəlxalq ərazidə 10 günlük təlim keçirəcək.

Hərbi Dəniz Donanmasının baş komandanı admiral Habibollah Sayyari cümə axşamı dövlət televiziyasına müsahibəsində təlimlərin şənbə günü başlayacağını bildirib.

O hərbi təlim zamanı boğazın tamamilə bağlanacağı ilə bağlı yerli mətbuatın yaydığı məlumatları təkzib edib.

Dünyada dəniz yoluyla daşınan neftin təxminən 40 faizi bu boğazdan keçir.
XS
SM
MD
LG