Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:12

Ali Məhkəmə mülkiyyətlə bağlı iddianı təmin etmədi


Ali Məhkəmə Füzuli küçəsində evi uçurulan Bakı sakini Hikmət İsmayılovun iddasını təmin etməyib. İlkin məhkəmə instansiyasının qərarı qüvvədə qalıb. Nəticədən narazı olan Hikmət İsmayılov Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşır.

Bundan başqa Hikmət İsmayılov son vaxtlar özünün və ailə üzvlərinin tanımadığı adamlar tərəfindən təhdid edildiyini deyir.

“Mənim telefonuma hədələyici zənglər olur. Evə də zəng edib hədələyirlər. Sonuncu dəfə ötən gün mən evdə olmayanda iki nəfər özünü qaz idarəsinin əməkdaşları kimi təqdim edərək evdə qaz sızması olduğunu deyib qapının açılmasını istəyiblər. Amma yoldaşım onlara qapı aşmayıb. Mən qaz idarəsinə müraciət etdim, onlar bizim ünvana əməkdaş göndərmədiklərini dedilər. Son vaxtlar bu hədələr çoxalıb. Bu barədə Nəsimi rayon 22-ci polis bölməsinə müraciət eləmişəm”.

Nəsimi rayon polis idarəsinin 22-ci bölməsindən isə bu barədə hər hansı yeni məlumat verə bilməyəcəklərini dedilər.

Hikmət İsmayılov ona olan təhdidlərin Füzuli və Bayraq meydanı ərazisində evləri sökülənlərinin hüquqlarını müdafiə etməsi əlaqələndirir.
Hikmət İsmayılov ötən il Füzuli küşəsindəki evinin sözkülməsinə etiraz edərkən saxlanılıb və polisdə olduğu müddətə evi sökülüb.
XS
SM
MD
LG