Keçid linkləri

2026, 12 İyun, cümə, Bakı vaxtı 02:50

Türkiyə bir daha Suriya rejimini ittiham edib

Türkiyə bir daha Suriya hakimiyyətinin nümayişçilərə qarşı güc tətbiq etməsini kəskin ittiham edib.

Türkiyə xarici işlər nazirliyinin yaydığı bəyanatda deyilir ki, qan tökülməsinin dayandırılmasıyla bağlı Ərəb Dövlətləri Liqası ilə əldə edilmiş razılaşmaya baxmayaraq
Bashar Assad rejimi ölkəni “Qanlı sallahxana” ya döndərib.

Türkiyə hökuməti bir daha Suriyanı zorakılığı təcili dayandırmağa çağırır.

Ərəb Dövlətləri Liqası Suriyada müşahidəçi missiyası yerləşdirmək üçün bu gün Dəməşqə nümayəndə heyəti göndərir.

Bazar günü Dəməşqə 30 nəfərdən ibarət ilk müşahidəçilər qrupu göndərilməlidir.

Müşahidəçilərin ümumi sayı 150-200 nəfər olmalıdır.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 4 mindən çox adamən öldürüldüyünü deyir.
This item is part of
XS
SM
MD
LG