Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 03:48
Tayvanın ən varlı adamlarından olan Samuel Yin öləndən sonra var-dövlətinin 95 faizini xeyriyyəyə vəsiyyət edir.

Bunu 60 yaşlı Yin Tayvanda çıxan Business Today həftəlik məcmuəsinə deyib.

İş adamı Yinin var-dövləti 3,2 milyard dollar məbləğində qiymətləndirilir.

Beləliklə, o, sərvətinin 3 milyarddan çoxunu xeyriyyəyə verəcək.

Ailəsinə cəmi 160 milyon dollar qalacaq.

Yin Business Today-ə deyib ki, “mən bu vəsiyyətimi ailəmə bildirdim, ailə üzvləri mənimlə razılaşdılar”.

Yin Ruentex adlı konqlomeratın rəhbəridir. Bu biznes imperiyasına sığorta şirkətləri, hipermarketlər, əmlak alveri, toxuculuq fabrikləri və s. daxildir.

Yinin vəsiyyətinin detalları hələ müəyyənləşməyib.
O məsələn istəyir ki, pullarının bir hissəsi Nobel mükafatı kimi mükafatın təsis olunmasına və hər il verilməsinə yönəlsin.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG