Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:12

Pirat məhsulların bazarda payı azalır, ancaq hələ 40-90% həddindədir



“Azərbaycanda intellektual mülkiyyət sahəsində piratçılığın səviyyəsi azalır.
Piratçılıq kitab nəşrində 61 faizdən 40 faizə, kompüter proqramlarında 96 faizdən 88 faizə, audiovizual məhsul istehsalında 96 faizdən 70-80 faizə düşüb”.

Bunu APA-ya Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib.

O bildirib ki, əqli məhsullara nəzarət markalarının vurulmasından sonra ölkədə piratçılığın səviyyəsi daha da aşağı düşəcək:

“Nəzarət markalarının yapışdırılması “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” qanun layihəsinin qəbulu ilə tənzimlənəcək. Hələlik bu qanun qəbul olunma mərhələsindədir.

Bundan sonra kitablara, çap məhsullarına, fonoqramlara, audiovizual əsərlərə, kompüter proqramlarına nəzarət markaları yapışdırılacaq. İndi bu markaların vurulması mümkün deyil”.

X. Həsənli bildirib ki, pirat məhsullara görə cərimələrin sərtləşdirilməsi də müzakirə olunur: “Bu, kifayət qədər mürəkkəb bir prosesdir. Söhbət sanksiyaların həm hüquqi, həm fiziki, həm vəzifəli şəxslərə inzibati qaydada tətbiqindən gedir. Cinayət tərkibi olan hərəkətlərdə azadlığın məhdudlaşdırılması ilə bağlı sanksiyaların sərtləşdirilməsi də müzakirə olunur. Bu təkliflər müsbət qarşılanıb və hazırda müzakirə olunur”.

Azərbaycanda pirat məhsulların bazarda payı azalsa da bu pay yüksək olaraq qalır.
Hər 10 kompüter proqramından 9-u, hər 5 kitabdan 2-si, hər audi-video diskdən 8-i pirat məhsuludur, yəni intellektual mülkiyyət oğurluğudur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG