Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Havelin dəfninə qatılmaq üçün xarici rəsmilər Praqaya gəlir


Ölkənin keçmiş prezidenti, sovet dissitenti Vaclav Havelin 5-ci günkü dəfn mərasiminə qatılmaq üçün Çexiya paytaxtı Praqaya xarici ölkə rəsmiləri gəlməyə başlayıb.

Onların arasında Polşanın keçmiş prezidenti Lech Walesa, ABŞ-ın sabiq prezidenti Bill Clinton, ABŞ-ın dövlət katibi Hillary Clinton da var.

Vaclav Havellə vidalaşma mərasimi hələ də davam edir. Çexiyanın Azərbaycandakı səfirliyində isə dekabrın 21-dən onun üçün xatirə kitabı açılıb.

Vaclav Havel dekabrın 18-də 75 yaşında vəfat edib.
XS
SM
MD
LG