Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:57

Gənclər və İdman naziri xalqdan dəstək istəyir


“Biz çox istərdik ki, “Bakı-2020”yə dəstək məmurlardan, dövlətdən yox, ən əsası, xalqdan gəlsin”. Bu fikirləri gənclər və idman naziri Azad Rəhimov səsləndirib. O, Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı jurnalistlərə bildirib ki, 2012-ci il fevralın 15-dək Beynəlxalq Olimpiya Komitəsinə Sifariş Kitabını təqdim etməlidirlər.

Azad Rəhimov dünyada tanınmış 3 şirkətlə müqavilə bağlanıldığını bildirib. Həmin şirkətlərdən biri həm strateji, həm də nəqliyyat, ekologiya, mühafizə və digər məsələlərlə bağlı suallara cavabları Sifariş Kitabında hazırlayırlar.

Digər şirkət piar və kommunikasiya məsələləri, üçüncüsü isə Bakıda bir neçə texniki işlər – vebfilm, videoçarxlar çəkir: “Bunların hamısını yerinə yetirməklə biz göstərməliyik ki, həqiqətən də 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırıq, bunu bütün xalq istəyir, xalqımız bundan tam şəkildə məlumatlıdır. Biz çox istərdik ki, bu işə dəstək məmurlardan, dövlətdən yox, ən əsası, xalqdan gəlsin”.
XS
SM
MD
LG