Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Qızıl Xaç Azərbaycanda erməni əsirlərinə məktub çatdırıb


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri dekabrın 21-də Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verib. BQXK nümayəndələri tərəfindən Azərbaycanda saxlanılan şəxslərə 3 "Qızıl Xaç" məktubu çatdırılıb, onlardan isə 6 "Qızıl Xaç" məktubu alınıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.

Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Əsirlərdən 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.
XS
SM
MD
LG