Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 02:29

Rusiya prezidenti yanındakı şura seçkini pisləyən bəyanat verə bilər


Rusiya prezidenti yanında insan haqları və vətəndaş cəmiyyətinin inkişafı şurası Duma seçkiləri zamanı pozuntularla bağlı kəskin bəyanat qəbul edə bilər.

Şuranın üzvü, politoloq Dimitri Oreşkin bildirib ki, hazırda sənəd üzərində iş gedir və onun müəllifləri çox kəskin mövqedədilər.

İnterfaksın məlumatına görə, bəyanatın layihəsi dekabrın 23-də keçiriləcək növbəti iclasda artıq təsdiqə çıxarıla bilər.

Şuranın bir neçə üzvü bu günkü iclasda bildiriblər ki, sənədə yeni seçki keçirilməsilə bağlı məsələ salınmalıdır.

Şənbə günü Rusiyanın bir çox şəhərlərində “Ədalətli seçki” tələbilə etiraz aksiyaları gözlənilir.
XS
SM
MD
LG