Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 03:39

Rafiq Tağı ilə bağlı hesabat açıqlanacaq

Rafiq Tağının qətli və Əvəz Zeynallının həbsi ilə bağlı gələn həftə hesabat açıqlanacaq. Hesabatı jurnalist təşkilatlarının yaratdığı “Preventiv cavab” qrupu hazırlayır. Bu haqda AzdlıqRadiosuna qrupun yaradıcılarından biri Mehman Əliyev deyib. O hesabatın texniki səbəbdən yubandığını deyir.

Yazar, publisist Rafiq Tağı noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb və bir neçə gün sonra xəstəxanada vəfat edib.

“Xural” qəzetinin redaktoru Əvəz Zeynallı rüşvət almaqda təqsirli bilinir və həbsdədir. Bu qəzetin əmlakı müsadirə edilib.
This item is part of
XS
SM
MD
LG