Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:38

Bığlarına görə yurd-yuvasından olub


Amir Muhammad Afridi
Amir Muhammad Afridi
-
Pakistanlı Amir Muhammad Afridi'ni hamı bığlarına görə tanıyır. Onun bığları çənəsinə qədər sallanır. Sonra əyilərək yuxarı qalxır və ucları alnının ortasına qədər çatır. Onu bu cür bığ saxlamağa ilhamlandıran Pakistanda 60-cı illərin tanınmış siyasətçisi Malik Amir Mohammad Khan olub.

İndi belə bığ saxlamaq böyük cəsarət tələb edir. 2 il əvvəl silahlılar Amir Muhammed Afridi'yə deyiblər ki, bığları islama uyğun deyil. Ona bığlarını qırxmaq üçün hədə-qorxu gəliblər. Daha sonra 2008-ci ilin yayında İslam qruplaşmasının üzvləri onun evinə hücum edib. Amir'i özləri ilə aparıb 30 sm-lik bığlarını kəsiblər.

Amir'in indi 40 yaşı var. O vaxt baş verənləri həyatının ən pis hadisəsi kimi xatırlayır:

«BIĞLARIMLA BÜTÜN NƏSLİM FƏXR EDİRDİ»

«Başıma gələnlər bütün Xiber vilayətini məyus etmişdi. Camaat zəng edir, mənim tərəfimdə olduqlarını bildirirdilər. Adamların 90-95 faizi bu hadisədən məyus olmuşdu. Çünki mən ömrümdə heç kimə pislik etməmişdim. Mənimki heç kimə zərər verməyən bığ düşkünlüyüdür. Bığlarım unikal formada idi. Bığlarımla bütün nəslim fəxr edirdi. Bütün Pakistanda mənim kimi bığları olan adam yox idi».

Başına gələnlərdən sonra Amir səssiz-səmirsiz Pişəvər şəhərinə köçüb. Burada elektronika məhsulları satır. Sakit həyat sürür. Bığlarını yenidən uzadıb əvvəlki formasına çatdırıb. İndi ictimaiyyət arasında daha
«Lashkar-e İslam» qruplaşması
«Lashkar-e İslam» qruplaşması
tez-tez görünür.

Amir fəxrlə Pişəvərdə öz bığlarını nümayiş etdirsə də, bilir ki, elə bu bığları üzündən doğma şəhəri Baraya gedə bilməyəcək:

BIĞA QULLUQ ÜÇÜN AYDA 60 DOLLAR

«Mən bığlarımı təzədən uzatdım. Bu, mənim üçün çox ağrılı idi. Çünki doğma Bara şəhərimi çox sevirdim. Ancaq bığ saxlamaq həvəsi məni doğma şəhərimdən köçməyə vadar etdi. İndi mən buna görə şəhərimə qayıda bilmərəm».

Amir'in Bara şəhərində bığları o qədər məşhur imiş ki, hətta bir müddət yerli orqan ona bığlarına yaxşı qulluq etməsi üçün ayda 60 dollar pul da veribmiş. Ancaq bu, silahlıların onu hədələmələrinə qədər olub.

Xiber vilayətində 2004-cü ildə sünni qruplaşmalar arasında qarşıdurma başlanıb. O vaxtdan Baranın da yerləşdiyi vilayətdə yüzlərlə insan həlak olub. İndi şəhərə «Lashkar-e İslam» qruplaşması nəzarət edir. Onlar İslamın özlərinin müəyyən etdiyi qaydalarından kənara çıxanları cəzalandırırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG