Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Polisi mayorunu vurmaqda günahlandırılan Salyan sakini həbs edilib


Dekabrın 21-də polis tərəfindən saxlanılan Salyan rayonu Qarabağlı kənd sakini Aqil Qasımovun barəsində Salyan rayon məhkəməsi 2 aylıq həbs qəti-imkan tədbiri seçib.

***
Etiraz aksiyası zamanı polis mayorunu vurmaqda təqsirləndirilən Salyan rayonu Qarabağlı kənd sakini Aqil Qasımov həbs olunub. O, Cinayət Məcəlləsinin 315.1 maddəsi ilə - hakimiyyət nümayəndəsinə müqavimətdə və zor tətbiqində ittiham olunur.

Bu haqda AzadlıqRadiosuna Salyan rayon prokurorunun köməkçisi Sahib İsmayılov məlumat verib.

«O, polis mayoruna xəsarət yetirib. Haqqında həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunub».

Bu il noyabrın 18-də Qarabağlı kəndinin 300-dən artıq sakini kəndə verilən qazın dayandırılmasına etiraz olaraq aksiya keçiriblər. Onlar bir saat ərzində Şirvan-Salyan avtomobil yolunu bağlayıblar. Hadisədən 4 gün sonra 4 nəfər kənd sakini polis idarəsinə aparılıb. 3 nəfər buraxılsa da, Aqil Qasımov idarədə saxlanıb. Amma kənd sakinlərinin etirazından sonra o da buraxılıb.

Yerli hüquq müdafiəçisi, «Demokratiyaya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədov:

«Sahə müvəkkili Elşən Yusifov iddia edir ki, Aqil Qasımov həmin aksiya zamanı üz nahiyəsinə xəsarət yetirib. Amma Aqil Qasımov bu deyilənləri rədd edir. Ümumiyyətlə, onun evinə qaz xətti çəkilməyib ki, qazın kəsilməsinə də etiraz etsin. O, aksiya yerinə təsadüfən gedib».

38 yaşlı Aqil Qasımov göyərti satmaqla ailəsini dolandırır. Öhdəsində 3 azyaşlı uşaq və xəstə anası var.
XS
SM
MD
LG