Keçid linkləri

2026, 01 Aprel, çərşənbə, Bakı vaxtı 15:56

Havelin cəsədi kral sarayına götürülüb

Keçmiş Çexiya prezidenti Vaslav Havelin cənazəsi vida mərasimindən sonra mədəniyyət mərkəzindən, prezident administrasiyasının yerləşdiyi kral sarayına götürülüb.

Yol boyu cənazəni minlərlə adam müşaiyət edib.

Vaslav Havel dekabrın 23-də dəfn olunacaq.

Vaslav Havel bazar günü 75 yaşında vəfat edib.

O 1989-cu ildə Çexoslavakiya, 1993-2003-cü illərdə isə Çexiyanın prezidenti olub.

Dəfn mərasimində ABŞ dövlət katibi Hillary Clinton da daxil olmaqla bir çox ölkə liderləri iştirak edəcək.
This item is part of
XS
SM
MD
LG