Dekabrın 21-də Yasamal rayon Məhkəməsində dövlət ittihamçısı Amanda Erickson və Celia Davies'i döyməkdə təqsirləndirilənlərə iş istəyib.
O, Adil Tağızadənin 5 il 6 ay, Vüsal Qurbanov, Roman Həsənov və Nazim Hüseynovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi dekabrın 26-da davam edəcək.
Böyük Britaniya vətəndaşı Celia Davies və ABŞ vətəndaşı Amanda Erickson bu il iyunun 16-da gecə saatlarında Bakının Yasamal rayonunda döyülmüşdülər.
Hadisədə 4 nəfər təqsirləndirilir. Onlar Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə ittiham olunurlar.
Adıçəkilən iki xanım isə Azərbaycanda jurnalist və qeyri-hökumət təşkilatlarına treninq keçir, onlarla əməkdaşlıq edirlər. Amanda Erickson «Washington Post» və «New-York Times» qəzetləri ilə də əməkdaşlıq edir.