Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Azərbaycan yığması FIFA-nın reytinqində 1 pillə irəliləyib


FIFA milli komandaların 2011-ci il üçün son reytinq cədvəlini açıqlayıb.

Azərbaycan millisi dekabr reytinqində 1 pillə irəliləyərək, 112-ci pilləyə qalxıb.

Son reytinq hesablanan müddətdə oyun keçirilmədiyindən, millilərin çoxu yerində qalıb.

İspaniya (1564) 1-ci, Hollandiya 2-ci (1365), Almaniya 3-cüdür (1345). Rusiya 971 xalla 12-ci, Türkiyə millisi isə 769 xalla 28-ci pillədə qalıb.

Yeni ildə ilk reytinq siyahısı yanvarın 18-də açıqlanacaq.
XS
SM
MD
LG