Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:39

Belarusda 30-dan çox nümayişçi tutulub


Belarusda keçən ilki etiraz nümayişlərinin dağıdılmağının bir illiyinə həsr olunan nümayişdə 30-dan çox adam tutulub.

Bu gün nümayişçilər əllərində yanan şam tutaraq yürüş ediblər, polis isə bildirir ki, 32 adama qarşı qanunsuz nümayişə çıxma və xuliqanlıq ittihamı irəli sürülüb.

Keçən il Lükaşenkonun seçki pozuntuları ilə yenidən prezident seçilməsinə etiraz olaraq küçələrə on minlərlə adam çıxmışdı.
O vaxt 700 adam tutuldu.
XS
SM
MD
LG