Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:48

Sami Yusif yeni mahnısından gələn gəliri - aclara bağışladı (VİDEO)


Dünya şöhrətli Azərbaycan əsilli sənətçi Sami Yusuf yeni mahnısından əldə olunan bütün gəlirlərini Şimali Afrikadakı qıtlığın aradan qaldırılması üçün edilən insani kömək işlərinə dəstək olmaq üçün Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramına bağışlayıb.

Müğənninin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "Forgotten Promises" (Unudulan sözlər) adlı yeni mahnısını satışa çıxardan Sami Yusuf Somali və o bölgədəki qıtlıq üçün ictimai şüurlandırma layihəsinin bir hissəsi kimi bir neçə gün ərzində bu parçasını yayımlayacaq.

Eyni zamanda "Live Feed" kampaniyası son 60 ilin ən böyük qıtlığın yaşandığı o bölgədəki kömək işlərini artırmağı hədəfləyir.

Azərbaycan əsilli müğənni, söz yazarı, bəstəkar və Dünya Qida Programıının məşhur ortaqlarından olan Sami Yusuf yeni mahnısını səsləndirmək və bu mövzudakı hədəflərini reallaşdırmaq üçün gələn ilin əvvəlində Dubaya səfər edəcək. Konsertin dəqiq tarixi və məkanı ən qısa zamanda məlum olacaq.

Sami Yusufun istehsal şirkəti ETM International bu kampaniyanın təsirini gözləyir: "Sami Yusuf bu hissəyə bütün qabiliyyətini və bütün ürəyini qoyub. "Forgotten Promises” (Unudulan Sözlər) həmrəylik və birlik olmaq üçün universal bir çağırışdır. Ümüdimiz bütün dinləyicilərə çata bilməkdir. Mahnının özü danışacaq, hər şeyi izah edəcək. Bölüşüləcəyi günü səbirsizliklə gözləyirik".

İngilis və svahili dillərindən yaradılmış parça (singl), həm internetdə, həm də Orta Şərqdə musiqi marketlərdə satışa çıxarılacaq. Mahnını almaq istəyənlər onu internet saytından yükləyə, habelə LiveFeedAfrica.org ünvanında dinləyə bilərlər. 50 sent belə Dünya Qida Proqramının Şimali Afrikadakı bir adamın bir gündə yemək ehtiyacını qarşılamasına yardım edə bilər.

İyuldan etibarən Dünya Qida Proqramı Şimal Afrikadakı 7.9 milyon insana ərzaq yardımı edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG