Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

MSK bələdiyyə seçkisini yekunlaşdırdı


Mərkəzi Seçki Komissiyası noyabrın 30-da keçirilmiş təkrar, əlavə və yeni bələdiyyə seçkilərinə yekun vurub. AzərTAc-ın məlumatına görə, seçki keçirilmiş 330 bələdiyyədən 329-u tam tərkibdə formalaşıb.

38 saylı Nizami II (Gəncə) seçki dairəsinin 11 saylı, 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsinin 15 saylı, 62 saylı Saatlı seçki dairəsinin 1 saylı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin 46 saylı, 86 saylı İsmayıllı seçki dairəsinin 31 saylı və 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 1 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib.

50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsi üzrə 15 saylı seçki məntəqəsindəki səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı Bədəli bələdiyyəsinə keçirilmiş yeni seçkilər etibarsız hesab olunub.
XS
SM
MD
LG