Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:12

Vitse-prezidentin həbsinə order verilib


İraqın vitse-prezidenti Tareq al-Hasheminin həbsinə order verilib. Onu terrorla mübarizə qanunlarını pozmaqda ittiham edirlər. Dekabrın 19-da İraq Ali Məhkəməsi Hasheminin ölkədən çıxmasına da qadağa qoymuşdu.

Hashemi və Baş nazirin müavini Saleh al-Mutlak sunnilərin İraqiya blokunun üzvləridir. Vitse-prezidentin 3 cangüdəni şənbə günü terrorçularla əlaqədə ittiham olunaraq həbs olunmuşdular. Baş nazir Nuri al-Maliki isə Mutlakın dərhal işdən çıxarılmasını tələb etmişdi.


Ötə həftəsonu İraqiya bloku Baş nazir Malikini hakimiyyəti mənimsəməkdə ittiham edərək qarşıdan gələn seçkiləri boykot edəcəyini bəyan eləmişdi.
XS
SM
MD
LG