Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 02:43

"ABŞ qısa müddətli hədəflərdən ötrü demokratiya kimi uzun müddətli hədəfləri unutmamalıdır"

ABŞ Orta Asiya siyasətində həm terrorla mübarizə kimi qısa müddətli, həm də sabit, çiçəklənən demokratiya qurulması kimi uzunmüddətli məqsədləri nəzərə almalıdır.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Orta Asiya ilə bağlı Vaşinqtonda açıqladığı hesabatda belə deyilir.

Hesabata görə, Əfqanıstanda qoşunların çıxarılması təhlükəsizlik boşluğu yarada bilər ki, bu da bölgədə ekstremistlər və narkotik qaçaqmalçılarının işinə yaraya bilər.

Ancaq bununla yanaşı ABŞ Senatının Xarici Əlaqələr regionda demokratik və şəffaf idarəetmənin, iqtisadi münasibətlərin və səhiyyə imkanlarının yaradılması üçün səylərin artırılmasının vacibliyini də vurğulayır.
This item is part of
XS
SM
MD
LG