Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Kim Jong-Un “böyük varis” elan olunub


Şimali Koreyanın vəfat etmiş lideri Kim Jong-Ilin oğlu Kim Jong-Un “böyük varis” elan olunub. Bu haqda Şimali Koreya mətbuatı xəbər verir. Atası onu 2009-cu ildə varis elan etmişdi.

Kim Jong-Un atasının dəfni ilə bağlı komissiyanın rəhbəri təyin olunub. Dəfn dekabrın 28-də olacaq.

Son məlumatlara görə, 69 yaşlı Kim Jong-Il ürək tutmasından ölüb. Şimali Koreyada dekabrın 29-u matəm günü elan olunub.

Kim Jong-Il hakimiyyətə 1994-cü ildə atası, Şimali Koreyanın qurucusu Kim Il Sungun ölümündən sonra gəlmişdi.
XS
SM
MD
LG