Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:06

AXCP-çi gənclər Əli Kərimlinin prezidentliyə namizəd olmasını istəyiblər


AXCP sədri Əli Kərimli dekabrın 18-də gənclərlə görüşüb.

Bu barədə AzadıqRadiosuna partiyanın gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı məlumat verib.

Onun sözlərinə görə, görüş ADP-nın akt zalında keçirilib: “Görüşdə əsasən partiya üzvü olan və AXCP-nin rəgbəti olan gənclər iştirak edirdi. Tədbirdə 50-yə yaxın gənc partiya üzvlüyünə qəbul olundu”.

Əbülfəz Qurbanlının sözlərinə görə, gənclər Azərbaycanda və dünyada gedən proseslərlə bağlı suallar veriblər: “Görüş zamanı belə bir təklif də ortaya atıldı ki, Əli Kərimli 2012-ci il prezident seçkisinə namizəd kimi qatılsın”.

Partiya sədri Əli Kərimli isə çıxışında bildirib ki, gənclərin nikbinliyi onda tezliklə Azərbaycanda demokratiyanın qələbə çalacağı əminliyini yaradır.
XS
SM
MD
LG